"Deputatlığa namizəd olmayacağam, yaradıcılıqla məşğulam..."

DAXİLİ SİYASƏT 05 iyl 2024, 11:38
Sabiq deputat Hüseynbala Mirələmov qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcəyi barədə iddialara cavab verib.

H.Mirələmov Pravda.az-a açıqlamasında deyib ki, seçkilərə qatılmayacaq.

"Mən istirahət edirəm və bədii yaradıcılıqla məşğul oluram. Ötən il bir roman bitirib, çap etdirmişəm. Bu il də bir roman bitirmişəm. Neçə illər həsrət idim ki, vaxtım olsun, bədii yaradıcılığımı davam etdirim. Heç namizədliyimi irəli sürməyimlə bağlı təklif gələcəyini gözləmirəm də. Yaxşı olar, seçkilərə nisbətən gənclər getsinlər".

Xatırlatma: Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top