"Bir dəfə də sel gəlsə, evimizi aparacaq" — VİDEO

SOSİAL 28 iyun 2024, 17:14
Bir neçə gün əvvəl ölkənin cənub bölgəsində qeyri-sabit hava şəraiti fəsadlar törədib.

Astara rayonunun Siyəkü kəndi ərazisindən keçən Pensərçay 40 metrə qədər məcrasını dəyişib. Çayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.

Sakinlər təbii fəlakət nəticəsində təsərrüfatlarına da ciddi ziyan dəydiyini deyirlər.

"Mənə 20-30 min manatlıq ziyan dəyib. Bir dəfə də sel gəlsə, evimizi aparacaq", - deyə Fariz Canıyev söyləyib.

Daha ətraflı Baku TV-nin materialında:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top