"Təhsil naziri olanda gənclərin hüquqa marağı məni narahat edirdi"

SOSİAL 27 iyun 2024, 13:01
İqtisadiyyat Nazirliyi mentorluq proqramlarına resurslar ayırmağa hazırdır.
 
Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən "Baku ID" (Baku İnvestment Day) festivalında deyib.

"Bu, mentorluq proqramlarına resurslar ayırmaqdan məmnun olarıq. Təhsil naziri kimi fəaliyyətə başlayanda bizi narahat edən məsələlərdən biri gənclərin əsas sahə kimi hüquq sahəsinə yönəlməsi idi. Hüquqşunas olmaq qəbahət deyil. Mənim də bu sahə üzrə təhsilim var. Amma bu kimi peşələr xüsusi iqtisadi dəyər yaratmır. Hazırda isə gənclərin IT mühəndisliyi kimi peşələrə üstünlük verdiyini görürük", - deyə o vurğulayıb. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top