“Wikileaks”ın qurucusu 1901 gün sonra azadlığa buraxıldı

DÜNYA 25 iyun 2024, 10:09
“Wikileaks”ın qurucusu Julian Assanj İngiltərədəki həbsxanadan azad edilib və vətəni Avstraliyaya uçur.

Demokrat.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində “Wikileaks” hesabı məlumat yayıb.

“Julian Assange azaddır”, - bəyanatda deyilir.

Qeyd olunub ki, bir gün əvvəl London məhkəməsi Assanjın ABŞ-a ekstradisiyaya etiraz etmək üçün 1901 gün keçirdiyi Belmarş həbsxanasından girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Nəzərinizə çatdıraq ki, “Wikileaks”, 2006-cı ildə Julian Assanj tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi məxfi sənədləri və məlumatları ictimaiyyətə çatdırmaqdır. “Wikileaks”, anonim mənbələrdən əldə etdiyi sənədləri onlayn olaraq dərc edərək hökumətlərin və digər təşkilatların gizli fəaliyyəti haqqında məlumatları açıqlayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
Top