“Biri maral, biri eşşək ferması açır, bu, icra başçısıdır, ya fermer?“ — Rəşid Mahmudov

GÜNDƏM 23 iyn 2024, 15:05

Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəmədə son söz deyərkən səsləndiridiyi fikirlər müzakirələrə səbəb olub. Qeyd edək ki, sabiq başçı həbsdə qala bilmədiyini, azad olunmaq və Qarabağda quruculuq işlərində iştirak etmək istədiyini deyib.

 Demokrat.az xəbər verir ki, A.Məmmədovun səsləndirdiyi fikirlərlə bağlı Bakupost.az -a açıqlama verən tanınmış ictimai xadim Rəşid Mahmudov onun bu barədə vaxtında düşünməli olduğunu bildirib.

R.Mahmudov həbsdə olan sabiq icra başçılarına hansı cəzanın veriləcəyini məhkəmənin müəyyən edəcəyini bildirib: 

"Sözsüz ki, cəza verilməlidir. Bu əməlləri edən məmur uşaq deyil ki, bunu bilməyərəkdən etdiyini desin. O adam maral ferması saxlayanda, dövlətin puluyla özünə topdağıtmaz mülklər, avtomobillər alanda başa düşməliydi ki, bu qanunsuzluqdur, buna yol vermək olmaz. Neftçalanın həbsdə olan keçmiş icra başçısı İsmayıl Vəliyev də eşşək ferması açmışdı. Bilmirsən, bunlar fermerdi, yoxsa icra başçısı?! Axı bir gün adamdan bunun hesabını sorurlar”.

Qeyd edək ki, Alimpaşa Məmmədov 7 il Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, 29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. A.Məmmədov korrupsiya cinayətlərində ittiham olunur. Həmin vaxt çoxşaxəli biznes fəaliyyətiylə məşğul olduğu deyilən A.Məmmədovun maral fermasının olması isə cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyl 2024, 11:35
Top