Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin sakinləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) gördüyü işdən narazıdırlar.
Qəsəbənin Zahid Qəmbərov küçəsi, döngə 1 ünvanında yaşayan sakinlərin hər gün gedib-gəldiyi yol asfaltsız qalıb.
Sakinlər tərəfindən Demokrat.az-a daxil olan müraciətdə bildirilir ki, “Azərsu” ərazidəki partlamış su kanalının təmiri məqsədilə yolu qazıb. Su kəməri bərpa olunsa da bu dəfə yolda görülməli olan işlər tamamlanmamış qalıb.
Sakinlərin sözlərinə görə, bu vəziyyət bir aydır davam edir.
“Azərsu” yolu tam bərpa etməli olsa da sakinlər hələ də nə vaxt yola asfalt örtük çəkiləcəyini gözləyir.
Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.
Törə Zeynallı
Demokrat.az