"Bəzi məmurlar elə bilirlər ki, Mətbuat Şurası cəza maşınıdır"

DAXİLİ SİYASƏT 07 iyn 2024, 13:50
"Bəzi məmurlar, dövlət qurumlarının rəsmiləri elə bilirlər ki, Mətbuat Şurası cəza maşınıdır. O düşüncə ilə də durub bizə şikayətlər göndərirlər".

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Onun sözlərinə görə, bəzən vəzifəli şəxslər şuraya təhdid və şantaj məktubları belə göndərirlər:

"Baxırsan, bir şikayət məktubunu doğru-düzgün tərtib edə bilmir, hətta hara müraciət edəcəklərini belə müəyyənləşdirməkdə çətinlik çəkirlər, amma tənqidçi mediadan narazıdırlar. Göydən zənbillə müxtəlif yüksək vəzifələrə düşmüş bu adamlar anlamır və ya anlamaq istəmirlər ki, mətbuatın işi elə tənqid etmək, çatışmazlıqları üzə çıxarmaqdır. Yəni əgər mətbuat sizi tənqid edirsə, əvvəlcə dönüb özünüzə baxın. Görün nəyi düz etmirsiniz? Yoxsa götürüb bəzən təhdidlə, bəzən də şantajla dolu şikayət yazır, hələ bizdən hansısa medianı susdurmağı istəyirsiniz. Etməyin!

Biz Mətbuat Şurasında ona görə təmsil olunmuruq ki, jurnalistləri susduraq. Bizim işimiz mediadan narazı olanların narazılığını araşdırmaq, haqlı olduğu təqdirdə yanlışları məhkəmədənkənar yolla düzəltməyə yardımçı olmaqdır. Yəni kimsə düşünməsin ki, bizim əlimizlə hansısa medianı susdurmaq imkanı var. Yoxdur, olmayıb, olan da deyil". (Yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top