Trampın silah lisenziyası ləğv edilir

DÜNYA 06 iyn 2024, 11:32
Nyu-York Polis Departamenti ABŞ-ın keçmiş prezidenti Donald Trampın silah lisenziyasını ləğv etməyə hazırlaşır.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Qeyd edilib ki, lisenziya hələ 2023-cü ilin aprelində Trampa qarşı cinayət işi açıldıqdan sonra dayandırılıb. Üç silahdan ikisi polisə təhvil verilib, üçüncüsü isə qanuni olaraq Floridaya aparılıb.

Xatırladaq ki, məhkum edilmiş şəxsin odlu silaha sahib olması federal cinayətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top