İyunun 14-ü "Son zəng"dir

SOSİAL 05 iyn 2024, 17:43
İyunun 14-ü məktəblərdə son zəng çalınacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.

Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.

Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top