Fransa Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanı ittiham edir — SƏBƏB

GÜNDƏM 03 iyn 2024, 18:51
Fransa Dənizaşırı Bölgələr Birliyinin inzibati ərazilərindən biri olan Yeni Kaledoniyada 2024-cü ilin 13 may tarixindən etibarən başlamış etirazlar səngimək bilmir. Hadisələr Yeni Kaledoniyanın Fransanın nəzarətindən çıxıb, müstəqil dövlət olması fonunda başlayıb. Etirazlara baxmayaraq Fransa müstəmləkəçilik siyasətinə son qoymur. Siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında bildirib ki, Fransanın müstəmləkə siyasətinin tarixi yüz illərə dayanır. O qeyd edib ki, bu tarixin böyük hissəsi qanlı müharibələr, qətllər, qırğınlar, soyqırımı ilə doludur:

"Fransanın “Europe 1” radiosu Yeni Kaledoniyada baş verənlərin arxasında Azərbaycan xüsusi xidmət orqanlarının dayandığına dair iddialar irəli sürüb. Fransa baş verənlərə görə Azərbaycanı ittiham etsə də, Yeni Kaledoniyada yaşananlar Makron Administrasiyasının yanlış siyasətinin nəticəsidir. İddia edirlər ki, Fransa kəşfiyyatı 2023-cü ildə Bakının Numeada planlaşdırdığı əməliyyatın qarşısını alıb.  Bu iddiaların Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın günahlandırılması məqsədi daşıdığı bəllidir. Makron Administrasiyası öz yanlış addımlarını ört-basdır etməyə çalışır. Lakin Azərbaycan və Fransa arasında kəşfiyyat müharibəsinin getdiyi də bəllidir. Xülasə, Fransa beynəlxalq ictimaiyyətin diqqətini özünün işğalçı siyasətindən, insan haqlarını tapdamasından yayındırmaq üçün Azərbaycanın adını hallandırır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top