“COP29 Azərbaycanın alternativ enerji strategiyasına töhfə verəcək” — AÇIQLAMA

COP29 29 may 2024, 17:07
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, Azərbaycan dayanıqlı və "yaşıl iqtisadiyyat"a hazır olmalıdır. 

O qeyd edib ki, iqlimlə bağlı bilik və bacarıqların aşılanması erkən yaşlardan başlamalıdır: 


"Eyni zamanda dəqiq elmlərin daha da gücləndirilməsi, STEAM təhsilinə gənc qızların cəlbini istəyirik. Özəl sektorla hər zaman əməkdaşlığa hazırıq. Çünki təhsil sahəsində əməkdaşlıq güclənməlidir. Özəl sektor çevik yanaşma nümayiş etdirməlidir. Gənclər öz ali təhsilini başa vurduqdan sonra hazır olmalı, əmək bazarının tələblərinə cavab verməlidir".



İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bildirib ki, COP29 Azərbaycanın alternativ enerji strategiyasına töhfə verəcək: 

“COP29 bir çox istiqamətlər üzrə ölkəmizə fayda verəcək. Bu istiqamətlərdən birincisi ölkənin üçüncü enerji strategiyası olan alternativ enerji strategiyasıdır. Gələn qonaqların sayını nəzərə alsaq, COP29 ölkənin turizm sektorunun inkişafına da müsbət təsir göstərəcək. 

Növbəti illərdə də düşünürəm ki, bu tədbirin müsbət təsirlərini görəcəyik. Bundan əlavə, ölkəmizin investisiya mühitinin təbliğ edilməsinə, yerli sahibkarlarla xarici sahibkarlar arasında şəbəkələşmə imkanlarının yüksəldilməsində də bu tədbirin qatqısı böyük olacaq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top