Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi ləğv edilir

DÜNYA 27 may 2024, 14:28
Fransa hakimiyyəti Yeni Kaledoniyada iğtişaşlar səbəbindən mayın 15-də tətbiq olunan fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fransanın Sakit okeandakı dənizaşırı ərazisinin ali komissarlığının ofisi tərəfindən dərc edilmiş bəyanatda deyilir.

Bildirilir ki, son 24 saatda ərazidə vəziyyətin sabitləşməsi tendensiyası müşahidə olunub. Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi mayın 28-də yerli vaxtla saat 5:00-dan başlayaraq ləğv ediləcək.

Bununla belə, hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətində qalmağa davam edəcək. Hakimiyyət, həmçinin axşam və gecə saatlarında qüvvədə olan komendant saatını hələlik ləğv etmək niyyətində deyil.

“İğtişaşların yatırılması zamanı 460-dan çox insan saxlanılıb. Yeddi nəfər, o cümlədən iki jandarm həlak olub, hüquq-mühafizə orqanlarının 122 əməkdaşı yaralanıb”, - deyə ali komissarlığın məlumatında bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top