Bu günləri həsrətlə gözləyirdik — Laçın sakini

QARABAĞ 24 may 2024, 08:09
Doğma yurduma çatmaq üçün səbirsizlənirəm. Uzun illərdir bu günləri həsrətlə gözləyirdik.

Demokrat.az xəbər verir ki, bu fikirləri Bakıdan Laçın rayonunun Sus kəndinə yola düşən keçmiş məcburi köçkün Sürayə Ağayeva söyləyib.

"Dövlətimiz bizim üçün Bakıda bütün şərait yaratsa da, doğma torpaq məni çəkir. Doğma el-obama - Laçın rayonuna, öz kəndimə qayıdıram. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə șəfa diləyirəm", - deyə Sus sakini əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top