Avropada Azərbaycana qarşı radikal mövqedə olan partiya üzvü ilə görüş keçirildi

SİYASƏT 23 may 2024, 10:38
“Avro-Atlantik Azerbaycanlılar Tərəfdaşlıq Şurası” iyun ayının 6-da keçiriləcək Avropa Parlamenti seçkilərinə namizədlərlə görüşlərə başlayıb.              

Bu barədə Demokrat.az-a EAPCA-dan məlumat verilib.

Məlumata görə, təşkilatın müxtəlif ölkələrdən olan İdarə Heyətinin üzvləri Avropa Parlamenti seçkilərinə ciddi hazırlıq işləri görür.

Həmçinin, müxtəlif partiyalardan olan namizədlərlə görüşlər keçirirlər. 

EAPCA İdarə Heyəti bu dəfə Niderlandın D66 partiyasının üzvü, Avropa Parlamentinə seçkilərə namizəd, türk əsilli Melih Uzunla onlayn platformada görüş keçirib. 

D66 partiyası Azərbaycana qarşı radikal mövqedə olan siyasi partiyadir. 

EAPCA temsilçiləri Avropa Parlamenti üzvlüyünə namizəd M.Uzunla geniş söhbət edib, D66 partiyasının üzvlərini Azerbaycana dəvət ediblər.

Bundan sonra bu partiya ilə sıx əlaqələr qurmaq üçün namizədi seçkilərdə dəstəkləyəcəklərini bəyan ediblər.


Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 iyn 2024, 09:40
Top