“Müğənnilər efirlərə nə gəldi geyinirlər, amma gücləri meyxanaçılara çatır”

ŞOU-BİZNES 14 may 2024, 17:21
“Bəzi müğənnilər heç efir geyimlərini bilmirlər. Qadın, kişi müğənnilər efirlərə nə gəldi geyinirlər. Bir kəlmə də irad bildirən yoxdur. Onların gücü ancaq meyxanaya, meyxanaçılara çatır”.

Bunu “Qaynarinfo”ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov sosial şəbəkə izləyicilərinin səsləndirdiyi “meyxana ifaçılarına efir qadağası qoyulmalıdır” kimi fikirlərə münasibət bildirərkən deyib.

Meyxanaçı həmin insanların haqlı olmadığını dilə gətirib:

“Hamı düşüb meyxanaçıların üstünə, ünvanlarına nə gəldi deyirlər. Amma bu məsələdə heç haqlı deyillər. Açsınlar filmlərə baxsınlar, kilo-kilo narkotik satışı, dava, qətllər və s. bunları niyə görmürlər? Qız ərinə xəyanət edib, qaynı ilə qaçır, eşitmədiyimiz hadisə qalmayıb. Onda gərək sosial şəbəkələr bağlansın. Bekarçılıqdan danışırlar, belə fikirlər əvvəllər də olub”.

Ağamirzə Məmmədov əlavə edib ki, heç kəs meyxanaçıları efirdən uzaqlaşdıra bilməz:

“Meyxana ifaçıları sizə nə edib, bir meyxanamız var, meyxanaçılarla da yola getmirlər. Biz kimlərinsə sənətinə mane oluruq?”

Meyxanaçı Samirə də bu məsələdə həmkarlarını müdafiə edib:

“Meyxanaçıların adları çıxıb. Əgər aralarında bir-iki nəfər düzgün olmayan varsa, ona görə bütövlükdə meyxana sənətini aşağılamaq olmaz. Belə hallar bütün sahələrdə olur. Meyxanaçıların adı çıxıb. Adi adamlar meyxanaçıları keçib. Meyxanaçıların çoxu namaz qılıb, oruc tutur. Onları təhqir edənlər qələt edir, başlarını da daşa döyürlər”.

Qeyd edək ki, bir qrup insan meyxanaçılara efir qadağasının qoyulması təklifi ilə sosial şəbəkələrdə çıxış edib. İzləyicilər efirdə meyxana deməyi narkotiki təbliğ etmək kimi dəyərləndiriblər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top