Kadırovun 16 yaşlı oğluna daha bir vəzifə verildi

DÜNYA 29 apr 2024, 09:55
Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin (RUS) kuratoru olub.

Demokrat.az xəbər verir ki, bu barədə Tass məlumat yayıb.

2023-cü ilin noyabrından Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəridir. Bundan əlavə, o, Rusiya Müdafiə Nazirliyinin tərkibində Şeyx Mənsur batalyonuna və Rusiya Qvardiyasının tərkibində Baysanqur Benoyevski batalyonuna rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top