Tovuzda yol qəzası olub, 3 nəfər xəsarət alıb

HADİSƏ 27 apr 2024, 17:33
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "Opel" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan Anar Həsənov, Nicat Həsənov və Famil Həsənli xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top