Madonna yenidən məhkəməyə verildi

DÜNYA 23 apr 2024, 21:25
Dünya şöhrətli pop ulduz Madonna pərəstişkarları tərəfindən növbəti dəfə məhkəməyə verilib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, müğənni yenə səhnəyə gec gəlməkdə ittiham olunur. 

Belə ki, Vaşinqton konsertinə gələn pərəstişkarlar müğənninin "hörmətsizlik" etdiyini bildiriblər. 

Həmçinin, Madonnanın bir çox mahnılarını fonoqrama ifa etdiyini iddia ediblər.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top