Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir — Nazir

SOSİAL 18 apr 2024, 16:15
“Hər il Azərbaycan məktəblərində xoşagəlməz hallar baş verir. İstəyərik ki, baş verməsin, amma çox güman ki, növbəti illərdə də baş verəcək. Dünyanın bütün məktəblərində belə hadisələr hər yerdə olur, olub, olacaq”.

Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada deyib.

O bildirib ki, yaxşı təhsil sistemində hadisə baş verdikdən sonra verilən reaksiya önəmlidir: “Bu nöqteyi-nəzərdən düşüncəmiz odur ki, prosedur önəmlidir. İnsanların emosiyaları yox, hadisədən sonra atılan addım daha vacibdir.

Hadisə baş verdikdən sonra biz emosional gərginlik hiss edirik, amma bu gərginlik şagirdlərə hansı faydanı verir? İctimai qınaqla problemlərin həll olduğuna inanmıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top