Azərbaycan QHT-ləri Vardanyanla bağlı Nobel Komitəsinə açıq məktub yazdı

XARİCİ SİYASƏT 18 apr 2024, 14:02
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Ruben Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:
 
"Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,

Biz – Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik.

Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər.

Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub.

Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb.

Beynəlxalq hüquq normalarını heçə sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edib, fəaliyyəti ilə Azərbaycan ərazisində “boz zona”nın saxlanmasını təşviq edib, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub.

Ruben Vardanyan kimiləri üçün çirkli pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrdə Qarabağa gətirmiş əsas motivlərdən birinin də məhz Ermənistan ordusunun Qarabağdakı tör-tökünlərini yenidən təşkilatlandırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşımaq olması istisna deyil.

Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ruben Vardanyanın bir çox ölkələrdə qaranlıq maliyyə fəaliyyətinə dair ciddi şübhələr var. 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı “Troyka Camaşırxanası” adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi iddia edilən qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un “offşor sistemi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.

Çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib.

Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq".

Məktubu imzalayanlar:

Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri

Ramil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri

Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri

Zaur İbrahimov - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

Günel Səfərova - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri

Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri

Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri

Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri

Leyla Hüseynova - "Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri

Könül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri

Mehriban Məmmədova - “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri

Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri

Tünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Ceyran Həsənova - Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri

Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri

Bəhruz Məmmədzadə - "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri,

Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri

Ceyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri

Naibə Behbudova - “Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri

Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri

Oktay Sadıqov - "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədri

Roza Əliqızı - “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri

Fariz Xəlili - MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

Aqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri

Şahin Camalov - "İnsan Hüquqları XXI əsr Azərbaycan" Fondunun prezidenti

Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri

Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri

Ayşən Hüseynova - Soyqırımı həqiqətlərinin tanıdılması İctimai Birliyinin nümayəndəsi

Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri

Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri

İradə Rizazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri

Adilə Qəmbərova - Xankəndi sakini

Arif Tağıyev - Xankəndi sakini

Habil İsmayılov - Xankəndi sakini

Süleyman Yusibov - Laçın sakini

Elxan Təhməzov - Laçın sakini

Saleh Qasımov - Ağdərə sakini

Bilal Axundov - Ağdərə sakini

Məhəddin Quliyev - Ağdərə sakini

Ramin Nadirov - Kəlbəcər sakini

Ədalət Bəxtiyarov - Kəlbəcər sakini

Zümrüd Quliyeva - Ağdam sakini

Nadya Allahyarova - Ağdam sakini

Gülnarə Əhmədova - Füzuli sakini

Səməd Əliyev- Füzuli sakini

Güləli Məmmədov - Zəngilan sakini

Əlövsət Tanrıverdiyev - Cəbrayıl sakini

Murad İbişov - Cəbrayıl sakini

Etiraf Qasımov- Zəngilan sakini

İslam Bayramov - Xocavənd sakini

Faiq Fətəliyev - Xankəndi sakini

Məlahət Hüseynova - Xocalı sakini

Aqilə Əlizadə - Şuşa sakini

İman Allahverdiyev - Xocalı sakini

Arif Əliyev - Xankəndi sakini

Zamin Həsənov - Xankəndi sakini

Famil Şükürov – Şuşa sakini

Yelmar Ələsgərov – Şuşa sakini

Yasin Məhərrəmov - Xankəndi sakini

Gülnaz Salahova - Xankəndi sakini

Seymur Nəbiyev - Xankəndi sakini

Tacimə Quliyeva - Xankəndi sakini

Xəyyam Allahverdiyev - Xankəndi sakini

Etibar Abışov - Xocavənd sakini

Azad Əliyev - Şuşa sakini

Murad Allahverdiyev - Xocalı sakini

Vidadi Əliyev - Xocalı sakini

Nizami Balayev - Şuşa sakini

Əlövsət Vəliyev - Şuşa sakini

Fəxrəddin İsmayılov - Şuşa sakini

Şükür Quliyev - Xocavənd sakini

Roman Quliyev - Xankəndi sakini

Tubu İbrahimova - Xankəndi sakini

Arif Hüseynov - Xocavənd sakini

Muradxan Quliyev - Xocavənd sakini

Elçin Dadaşоv - Xankəndi sakini

Əbülfət Məmmədоv - Xankəndi sakini

Quzal Abbasova - Xocalı sakini

Minarə Bayramоva - Xocalı sakini

Şükür İbrahimоv - Xocavənd sakini

Vaqif Həsənоv - Xocalı sakini

Əyanət Məmmədоv - Xocavənd sakini

Arif Dоstiyev - Şuşa sakini

Mələk Abbasova - Xocalı sakini

Elmira Kərimova - Xocalı sakini

Nazilə Məhərrəmova – Şuşa sakini

Famil Kərimov – Şuşa sakini

Anar Əsədov - Xocalı sakini

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top