Balakəndə naməlum xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL 17 sen 2019, 11:52

Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlandığı, həmin kəndlərdə karantin elan edildiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.


Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumatda bildirilib. Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb:

 

" Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 apr 2024, 11:50
Top