İranın bütün qüvvələri döyüş hazırlığı vəziyyətindədir

REGİON 11 apr 2024, 10:00
Dünya İranın İsrailə cavab zərbələrini gözləyir. Eyni zamanda, İsrail və ABŞ-ın da İrana daha böyük cavab zərbələri gözlənilir. İranın bütün silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.

Demokrat.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"İsrail də tam hazır vəziyyətdədir. Bayden deyib ki, İran İsrailə hücumu etsə, ABŞ İsrailin tərəfində olacaq. Böyük müharibə bu gecədən başlaya bilər. Bəlkə də yox. Bu, Rusiyaya da təsir edə bilər, çünki İsrailin cavab zərbəsi Rusiyanın Buşəhdəki AES-nə də endirilə bilər. Siyasi səbəblərdən Rusiya ABŞ-ın iştirak etdiyi istənilən müharibədən faydalanır ki, Vaşinqton Ukraynadakı fəaliyyətini azaltsın. Amma humanist səbəblərdən Rusiya istənilən müharibənin əleyhinədir", - o bildirib.//axar.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top