"Növbəti gərginlik Ermənistan üçün yeni zərbə olacaq" — Hərbi ekspert

GÜNDƏM 05 aprel 2024, 18:14
Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparır. Bütün bunlar Ermənistan tərəfinin son həftələr ərzində silahlı qüvvələrin sərhəddə cəmləşdirilməsi və növbəti hərbi təxribatın hazırlanması istiqamətində hərəkətlərinin məntiqinə uyğun gəlir.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında şərti sərhəddə Ermənistanın son günlər daha da intensiv və aqressiv şəkildə davranışlar etdiyi hər kəsə məlumdur:

“Ordumuzun mövqeləri imkan verir ki, düşmənin şərti sərhəddə yaxın ərazilərdə xırda da olsa maneverlərini və hərəkətlərini nəzarət altında saxlayaq. Son günlərdə Ermənistanın fəaliyyətləri  bizə imkan verir ki, Naxçıvan və Qazax istiqamətində fərari ordusunun təxribatlarını ehtimal edə bilək. Yeni gərginlik yaratmaq  Ermənistanın maraqlarına cavab vermir. Bu Qərbdən, xüsusən də Fransanın Rusiya və Azərbaycana qarşı apardığı çirkin bir siyasətdir. Çünki bu yaranan yeni gərginlik və təxribatların necə nəticələndiyi hamıya məlumdur. 1994-cü il Horadiz əməliyatından bu günə qədər Ermənistan tərəfi törətdiyi təxribatlar müharibəyə nail olsa da, heç bir nailiyyət əldə edə bilməyib. Bu dəfə isə Ermənistanın nə mövqeyi, nə də ordusunun potensialı əlverişlidir. Azərbaycan Ordusu Ermənistan ordusunun potensialını zəiflədib. Həm də Ermənistan ordusunun mənəvi-psixoloji vəziyyəti Azərbaycan əsgərinə qarşı mübarizə aparmağa imkan vermir. Odur ki, növbəti gərginlik birmənalı olaraq Ermənistan üçün yeni zərbə olacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top