Brüssel görüşü BAŞLADI

XARİCİ SİYASƏT 05 aprel 2024, 14:25
Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında keçiriləcək üçtərəfli görüş başlayıb.

Demokrat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, tərəflər Brüsseldə toplaşıblar.

Qeyd edək ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan, həmçinin baş nazirin müavini Tiqran Xaçatryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, onun müavini Vahan Kostanyan, Ermənistanın Belçika və ABŞ-dakı səfirləri, bir neçə müşavir baş nazirlə birlikdə Belçikaya gediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top