Oya Aksay Azərbaycan Sahibkarlar Konfederasıyasını ziyarət etdi — FOTO

SAHİBKARLIQ 05 apr 2024, 08:10
Aprel ayının 3-də “Izmir Expo 2026” nın Baş direktor müavini Oya Aksay Azərbaycan Sahibkarlar Konfederasıyasını ziyarət edib. Görüşdə ASK-nın vitse-prezidneti Vüqar Zeynalov və rəyasət heyətinin üzvü Ruslan Quliyev iştirak etmişlər.

Görüşdə Türkiyədə təşkil olunan turizm sərgilərində ASK  üzvlərinin iştirakı və sərgi təşkilatçıları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunub.

Görüş çərçivəsində  ASK-nın vitse prezidenti  konfederasiyaın  fəaliyyəti və üzvləri haqqında məlumat verib. O, Türkiyənin müxtəlif şəhərlərində hər il təşkil olunan beynəlxalq sərgilərin Azərbaycanın bazarı, xüsusi ilə ASK  üzvləri  üçün əhəmiyətli olduğunu  İzmir Expo sərgisinin nümayəndəsinin diqqətinə çatdırıb.

Sayca 18-ci dəfə təşkil olunacaq “Izmir Expo 2026”, eləcə də  Beynəlxalq Turizm Sərgisi və Konqresin iki ölkənin sənaye nümayəndələri və  peşəkarları arasında əməkdaşlıq sahəsində bir körpü rolunu oynaya biləcəyini  bildirən Oya Aksay sərginin iş birliyinin formalaşdırılması və əlaqələrin inkişafı baxımından geniş imkanlar təqdim etdiyini bildirib. O, sərgidə  Azərbaycanın ixrac potensialının  nümayişi,  B2B  formatlı görüşlərin təşkili və şəbəkələşmə baxımından əhəmiyyətli olduğunu  qeyd edib. Sonda Oya Aksay ASK üzvlərini “Izmir Expo 2026” sərgisində iştirak etməyə dəvət edib.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top