Paşinyan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşündə iştirak etmək üçün Brüsselə yola düşüb

GÜNDƏM 04 aprel 2024, 22:59

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə səfər edib.

Bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, Paşinyan ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.

Səfər çərçivəsində aprelin 5-də Paşinyanın Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşü planlaşdırılır.

Eyni zamanda, səfər zamanı Ermənistan Baş nazirinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer ilə görüşü nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top