Film kimi həyat hekayəsi: 40 il əvvəl boşandığı ərini Ahıllar evində tapdı… — VİDEOREPORTAJ

SOSİAL 02 apr 2024, 18:00
Kimsəsizlərin, küskünlərin, həyatın acı üzünü görənlərin sığınacaq yerində - “Qocalar evi”ndəyik. El dilində “Qocalar evi” adlanan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 200-dən çox ahıl var. Onları bura gətirən səbəblər müxtəlifdir. 

Amma keçirdikləri hiss eynidir: tənhalıq... 

Bəziləri kövrəkdir, küskündür, bəziləri isə qürurundan incikliyini gizlətməyə çalışır. Çünki onlar üçün bura son dayanacaqdır və bu dayanacaqda sevdiklərindən, əzizlərindən uzaqdırlar.

Onlar dövlətin yaratdığı şəraitdən razı qalsalar da, danışmağa başlayanda qəlblərindəki nisgil gözlərindən axan yaşda özünü bəlli edir. 

“Qocalar evi”nin sakini Kifayət Vəlizadənin həyat hekayəsini dinləyirik. Keşməkeşli həyat yolu keçmiş Kifayət nənə başına gələn hadisələrdən və Ahıllar evinə gəldikdən sonra qarşılaşdığı sürprizdən danışıb. 

Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top