Ağalarovlar ailəsi “Crocus City Hall” terrorunun qurbanlarına 100 milyon bağışladı

GÜNDƏM 27 mar 2024, 18:52
“Crocus Group”un sahibi, Azərbaycandan olan tanınmış iş adamı Araz Ağalarov və oğlu, “Agalarov Development” şirkətinin prezidenti, müğənni Emin Ağalarov “Crocus City Hall”da baş vermiş terror aktının qurbanlarına 100 milyon rubl yardım edib.

Demokrat.az "Komsomolskaya Pravda"ya istinadla xəbər verir ki, bu barədə Emin Ağalarov özü məlumat verib.

Məlumata görə, yardımın göstərilməsi üçün Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondunun vəsaitindən də istifadə olunacaq.

Qeyd edək ki, məşhur müğənni Aleksandr Malinin də Yekaterinburqda keçiriləcək konsertindən əldə olunan qazancını “Crocus City Hall” qurbanlarına göndərəcəyini bəyan edib: 

"Yekaterinburqda turun ən bahalı konserti var, ona görə də qonorarın tam məbləğini oradan köçürmək qərarına gəldik".


Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top