Sudan müharibəsi: Danışıqlarda yeni mərhələ...

HƏRBİ 27 mar 2024, 17:50
Ramazandan sonra Sudanda sülh danışıqları bərpa oluna bilər.  

Demokrat.az
“Əl Cəzirə”-yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Sudan üzrə xüsusi elçisi Tom Perriello bildirib ki, Vaşinqton Sudanda münaqişə tərəfləri arasında danışıqların tezliklə bərpa ediləcəyini səbirsizliklə gözləyir. 

O qeyd edib ki, danışıqlar aprelin 18-də başlaya bilər: 

“Biz danışıqların daha tez başlamasını istərdik, amma Ramazan ayından sonra məsələyə baxmaq daha realdır. İndiki məqamda isə danışıqlara qədər olan müddətdən uğurlu addım atmaq üçün istifadə etməliyik”, - o əlavə edib.
   
Sudan ordusunun general-mayoru Yaser Əl Atta isə Çevik Dəstək Qüvvələri ilə danışıqların və  barışığın baş tutmasını istisna edib.

Xatırladaq ki, 2023-cü ilin aprelində Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında başlayan müharibə hələ də davam edir. 

Döyüşlər on minlərlə insanın ölümünə, milyonların öz ölkəsindən qaçmasına səbəb olub. Ölkədə aclıq və yoxsulluq pik həddə çatıb.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top