Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb — VİDEO

HADİSƏ 26 mar 2024, 22:39
Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.

Demokrat.az xəbər verir ki, "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən Bərdə rayonu, Hacalı kənd sakini Ağgül Əhmədova deyib ki, əməkhaqqını almaq istəyərkən bank kartında pul olmadığını görüb.

Kənd məktəbində müəllim işləyən Ağgül Əhmədova bildirib ki, problemlə bağlı banka müraciət edib.

Ağgül Əhmədova hesab edir ki, onun pensiya kartına da müdaxilə etmək istəyiblər, ancaq bu alınmayıb. O, dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı "Xəzər Xəbər"ə bildirib ki, baş vermiş hadisə ilə bağlı Bərdə rayon polis şöbəsinə müraciət daxil olub. Hazırda faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top