Biləsuvarda qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

KRİMİNAL 26 mar 2024, 16:32

Biləsuvar rayonunda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb. Araşdırılmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top