Şahruddin silsilə səhvlərindən danışdı: “Riski sevirəm, amma bir səhvimi heç vaxt unutmaram…” — VİDEO

İDMAN 26 mar 2024, 11:52

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Boqlarıstan yığması ilə oyundan sonra müsahibə verib.

Müsahibəsində millidəki son durum, Azərbaycan futbolunun perspektivləri və digər actual məsələlərə toxunan qolkiper ciddi səhvlərinə görə tənqid olunmasına da münasibət bildirib.

SAVASH.ORG həmin müsahibədən kiçik çıxarışı təqdim edir:

“Qapıçı mövqeyi elədir ki, istənilən səhv diqqəti çəkir. Mən isə risk etməyi sevirəm. Buraxdığım səhvlərin fərqinə varıram. Hələ də “Vikroriya” (Plzen) ilə oyundakı səhvi unutmaq çətindir. Həqiqətən ciddi səhvə yol verdim. Digərlərini isə izah etmək çətindir. Bəzən 100 zərbə olsa qaytara bələcəyim topları buraxmışam”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top