Rusiyada terror aktı ilə bağlı daha bir nəfər həbs edilib

REGİON 25 mar 2024, 22:00
Moskvanın Basmannı məhkəməsi “Crocus”da terror aktı ilə bağlı iş üzrə altıncı müttəhim İsrail İslamovu həbs edib.

"Report"un məlumatına görə, bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti özünün teleqramdakı kanalında xəbər yayıb.

O, bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. İsrail İslamov mayın 22-dək istintaq təcridxanasında qalacaq.

Məhkəmə bağlı qapılar arxasında keçirilib.

Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 6 nəfərə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top