"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyaları davam edir

SOSİAL 16 mar 2024, 18:00
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası Masallı rayonunun meşə fondu torpağında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən aksiya zamanı 1 hektar ərazidə 3300 ağcaqayın tingi əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top