Azərbaycanda biomüxtəlifliyin qorunması məqsədilə uğurlu layihələr həyata keçirilir

SOSİAL 02 mar 2024, 11:45
3 mart tarixi Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada  Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini vəhşi heyvan və yabanı bitkilərin mühafizəsinə yönəltməkdir.  

 WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Əsgərov  bildirib ki, Azərbaycanda biomüxtəlifliyin, fauna və flora növlərinin qorunması məqsədilə bir çox uğurlu layihələr həyata keçirilir.

 “Artıq neçə ildir ki, ölkəmizdə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən  ceyranların, bezoar keçilərinin, Avropa bizonu və nəcib maralların reintroduksiyası işləri həyata keçirilir.

Həmçinin quraşdırdığımız kameralar vasitəsilə bəbirlərin yaşadığı biotoplarda çoxaldığı müşahidə edilib. Reintroduksiya olunan ceyranlar da artaraq dayanıqlı populyasiyalar əmələ gətiriblər. Eləcə də, Avropa zooparklarından gətirilən zubrlar bala verib və saylarında artım var”. 

E.Əsgərov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə  quruculuq işləri davam etdikcə və həmin ərazilər minalardan təmizləndikcə bu ərazilərdə də reintroduksiya işləri həyata keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top