Lisenziya müqaviləsinin bağlanılması qaydası DƏYİŞDİ

İQTİSADİYYAT 29 fev 2024, 10:41
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası”nda dəyişiklik edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra, operator abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatlarının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”qanuna əsasən müəyyən edilmiş yuxarı məbləğinə dair tələblərə riayət etməlidir.

Nazirliyin Hüquq Şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top