Bu ölkə daha 55 Rusiya vətəndaşına sanksiya tətbiq etdi

DÜNYA 24 fev 2024, 11:00
Avstraliya hökuməti Rusiyanın 55 vətəndaşı və 37 təşkilatına qarşı əlavə maliyyə sanksiyaları və ölkəyə girişə dair qadağalar tətbiq edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Avstraliya XİN rəhbəri Penni Vonq bildirib.

Buna səbəb ukraynalı uşaqların Rusiyanın nəzarəti altında olan bölgələrdən deportasiyasıdır.

Yeni sanksiyaların şamil olunduğu vətəndaşların və müəssisələrin tam siyahısı hələ açıqlanmayıb. Vonqun qeyd etdiyi kimi, siyahıya Rusiya müdafiə kompleksinin müəssisələri, energetika və mədənçıxarma sektorları, Belarus, İran və Şimali Koreyadakı Rusiya satınalma şəbəkələri ilə əlaqəli bir sıra media şirkətləri və təşkilatlar daxildir.

Xatırladaq ki, 2014-cü ilin martından etibarən Avstraliya hökuməti 28 dəfə anti-Rusiya sanksiyalarının tətbiq olunduğunu elan edib. Kanberranın sanksiya siyahısına 1100-dən çox vətəndaş, eləcə də Rusiya və Belarusun 300-dən çox müəssisəsi daxildir.

 Avstraliya hakimiyyəti Rusiya ilə ticarət əlaqələrini tamamilə dayandırıb, “qara siyahı”ya düşmüş şəxslərin aktivlərini dondurub və milli təşkilatlara sanksiyalara məruz qalan şirkətlərlə iş aparmağı qadağan edib. Məhdudiyyətlər silah ixracını qadağan edir və Rusiya banklarının Avstraliyanın kapital bazarlarına çıxışını tamamilə bağlayır. Bundan əlavə, Rusiya Federasiyasında neft, qaz və mineralların kəşfiyyatı və hasilatında istifadə üçün nəzərdə tutulmuş mal və xidmətlərin ixracına tam qadağa var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top