İstanbula gedən turistlərin sayı artdı

REGİON 22 fev 2024, 21:15
Türkiyənin İstanbul şəhərinə səfər edən turistlərin sayı son 10 ildə yüzdə 66 artaraq 17 milyon 370 minə çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.

Məlumata görə, 2013-cü ildə şəhəri 10 milyon 474 min 867 xarici turist ziyarət etdiyi halda, keçən il bu rəqəm 17 milyon 370 min 30 olaraq qeyd edilib. 

Belə ki, son 10 ildə şəhərə gələn turistlərin sayı 66 faiz artıb. 

İstanbula 2020-ci ildə 5 milyon 1981, 2021-ci ildə 9 milyon 25 min 4, 2022-ci ildə 16 milyon 18 min 726 turist yollanıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top