Çinin avtomobil ixracı 47 faiz artdı

DÜNYA 21 fev 2024, 19:47
Çinin avtomobil ixracı keçən ilə nisbətən 47,4 artıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin yanvar ayında 443 min avtomobil ixrac edilib ki, bunun da 369 mini minik avtomobili  olub. 

Ümumi ixracat əvvəlki ilin eyni ayına görə, 47,4 artıb, minik avtomobillərinin ixracında 47,5, ticari nəqliyyat vasitələrinin ixracında isə 46,9 artım qeydə alınıb. 

Ötən il 4,91 milyon avtomobil ixrac edən Çin Yaponiyanı geridə qoyaraq, dünyanın ən böyük avtomobil ixracatçısı olub.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top