Putin Şimali Koreya liderinə avtomobil hədiyyə etdi

DÜNYA 20 fev 2024, 22:10
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İnə yerli istehsal olan avtomobil hədiyyə edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Koreya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya ilə münasibətlərini yaxşılaşdıran Rusiya sürpriz jest edib. 

Hədiyyə avtomobil Koreya İşçi Partiyasının (WPK) sədr müavini Kim Yo Conq tərəfindən qəbul edilib.

Bu jestdən məmnun olduqlarını bildirən Kim Yo Conq, hədiyyənin Şimali Koreya və Rusiya liderləri arasında xoş niyyətin bariz göstəricisi olduğunu bildirib. 

Qeyd edək ki, Kim Yo Conq Rusiya nümayəndə heyəti vasitəsilə Kim Çen Inın Putinə təşəkkürünü də çatdırıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top