Körpələrin ilk qidasına çevrilən “smes” — Hansı xəstəliklər yaradır?

SOSİAL 12 fev 2024, 18:29
Körpə sağlamlığı hər bir cəmiyyət üçün əsasdır. Təəssüf ki, Azərbaycanda körpələrin əksəriyyəti süni qida ilə böyüyür. Bunun bir səbəbi də yenidoğulmuşlara xəstəxanalarda ilk öncə süni qidanın yedizdirilməsidir. Körpə ana südünün dadını bilməmiş süni qidaya öyrəşdirilir. Dolayısı ilə körpəsinin ana südü yemədiyini, süni qida ilə doyduğunu görən əksər analar da vəziyyətlə barışır və beləcə körpə sağlamlığı üçün təməl olan ana südünü “smes” “əvəz etməy”ə başlayır.

Pediatr Aytən İsmayılzadə Demokrat.az-a açıqlamasında qeyd edib ki, körpənin ilk qidası ana südü olmalıdır:


“Doğum evlərindəki özbaşınalıqdan istifadə edib yeni doğulmuş körpəyə süni qida verirlər. Amma körpəni sonradan ana südünə qaytarmaq olur. Bəzənsə bu, mümkün olmaya bilər. Bu, anadan da asılıdır. Bəzi analar bu vəziyyəti bəhanə edib körpəni ana südündən məhrum edirlər və ya düşünürlər ki, uşaq əmzikdən qidalanmağa daha tez alışacaq. Ona görə də ilk gündən körpəyə ana südü verilməlidir. İlk vaxtlardan süni qida verilməsi körpədə bir çox allergik xəstəliklərin, mədə-bağırsaq problemlərinin  yaranmasına səbəb ola bilər. Doğum evlərində donor süd banklarının yaradılması artıq reallaşdırılmalıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top