Əli Əsədovdan “Azərsığorta” ilə bağlı SƏRƏNCAM

İQTİSADİYYAT 12 fev 2024, 16:43
Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) ləğvi üçün ləğvetmə komissiyası yaradılıb.

Nazirlər Kabinetindən Demokrat.az-a verilən məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyinə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmaq tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top