Xocavənddə partlayış, yaralı var

HADİSƏ 10 fev 2024, 11:49
Fevralın 10-u saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində partlayış olub.

Demokrat.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top