Ruslan Əliyev müharibə veteranının anasını təltif etdi — FOTO

DAXİLİ SİYASƏT 06 fev 2024, 19:48
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun əməkdaşı Validə Yusifovanı 60 illik yubileyi münasibətilə fəxri fərmanla təltif edib və qiymətli hədiyyə təqdim edib.  

Bu barədə “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri, “Azəriqaz” İstehslat Birliyinin Nərimanov xidmət sahəsinin qrup rəhbəri Ramil Əliyev məlumat verib.

Fəxri Fərmanı və hədiyyəni ona Bakı Regionlara Qaz Satışı departamentinin Nərimanov xidmət sahəsi üzrə müavini Sahib Bağırov təqdim edib.

Əlavə edək ki, Validə Yusifovanın oğlu Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu, mayor Fərid Bəkirov Cahangir oğlu, 44 günlük vətən müharibəsində iştirak edib.Vətən uğrunda ordenli Fərid Bəkirov Kəlbəcər, Xocavənd, Suqovuşan, Füzulinin azad olunmasına görə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən medallarla təltif olunub.

Validə Yusifovanın  “Azəriqaz”da 28 illik əmək fəaliyyəti var.

Onu da qeyd edək ki, şəhid Xudiyev Samir Səməd oğlunun qardaşı Xudiyev Rəsul Səməd oğlu bu gündən Azəriqaz İstehsalat Birliyində işlə təmin olunub. Samir Xudiyev 2022-ci ilin avqustunda Laçın istiqamətində Sarıbaba yüksəkliyində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top