Seçkilərdə neçə seçici ilk dəfə səs verəcək?

DAXİLİ SİYASƏT 02 fev 2024, 15:59
“Fevralın 7-də keçiriləcək prezident seçkilərində ümumilikdə 590 min nəfər ilk dəfə səs verəcək”.

Demokrat.az Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev fevralın 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və MSK-nın birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda tədbirdə deyib.

MSK üzvü bildirib ki, prezident seçkiləri ilə əlaqədar seçicilərin çoxluğu nəzərə alınaraq 832 yeni seçki məntəqəsi yaradılıb: “Həmin məntəqələrin də 26-sı işğaldan azad olunmuş ərazilərdədir. Bununla yanaşı, 119 dairə üzrə 1 000 seçki məntəqəsində kamera quraşdırılıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top