Sumqayıtda mağaza və maşın YANDI

HADİSƏ 02 fev 2024, 10:06
Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan dəmir konstruksiyadan ibarət mağazanın taxta atmaları, içərisində taxta və plastmas taralara yığılan meyvə-tərəvəz məhsulları 250 m² sahədə yanıb.

FHN-dən Demokrat.az-a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin 1 ədəd ön farası və buferi əriyib. Mağazanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top