“Qoca diktator”un puça çıxan arzuları və “Alın bu da sizə Amerika demokratiyası...”

TƏHLİL 29 yan 2024, 15:42
Cozef Bayden hakimiyyətdə olduğu dövrdə Putini və Ərdoğanı devirməyi hədəfləyirdi. Hesab edirdi ki, rusiyalı və türkiyəli həmkarları Amerikanın razılığı və “xeyir-duası” olmadan ikitərəfli təmaslarını müttəfiqlik həddinə çatdırıblar və buna görə də “cəzalanmalıdırlar”.

Türkiyədə keçirilən son prezident və parlament seçkilərində Ərdoğan və komandasının parlaq qələbəsi, martda keçiriləcək prezident seçkilərində isə Putinin gözlənilən həlledici üstünlüyü Baydenin bütün planlarını alt-üst etdi. Ötən dövr ərzində ABŞ-ın büdcəsi Rusiyaya qarşı mübarizəyə səfərbər olundu və hər qəpiyinin hesabatını tələb edən amerikalılar Baydenə qarşı “qiyama” qalxdılar. Məhz elə bunun nəticəsidir ki, 2023-cü ilin yekunlarına görə, onun reytinqi ABŞ prezidentləri tarixində ən aşağı həddə - 39 faizə düşdü. Bu isə o deməkdir ki, 2024-cü ilin yazından Bayden və komandası üçün “qara zolaq” dövrü başlayır və bu proses payızında onun hakimiyyətdən gedişi ilə başa çatacaq. Dünya isə onu “Ən pis prezident” kimi yadda saxlayacaq.

Bu arada Nyu-Hempşir ştatında keçirilən praymerizin nəticələrindən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident seçkisində Respublikaçılar partiyasının namizədi kimi iştirak edəcəyi bəlli olub. Yəni, Tramp Respublikaçılar partiyasından prezidentliyə namizəd olacaq. Bu isə o deməkdir ki, Bayden seçkilərdə Trampla qarşı-qarşıya dayanacaq. Dünyaya “demokratiya”, “insan hüquqları”, “azad seçkilər” dərsi keçən “dünyanın ən demokratik dövləti”nin rəhbəri rəqibi Trampı ABŞ üçün potensial təhlükə adlandırıb. İddia edib ki, Tramp Amerikanı bir dövlət kimi sarsıdacaq: “Biz bilirik ki, bütün bu irəliləyişlər növbəti seçkilərdə təhlükə altında olacaq. Donald Tramp bu ölkə üçün çoxlu təhlükələr yaradır. Seçmək hüququndan tutmuş vətəndaş hüquqlarına, səsvermə hüququna və Amerikanın dünyadakı mövqeyinə qədər. Tramp Amerika demokratiyası böyük təhlükədir. Onun mümkün qələbəsi halında Trampın ikinci prezidentlik müddəti birincidən daha pis olacaq”.

Trampa məğlub olacağının eyforiyasını yaşayan “qoca diktator” rəqibini ABŞ-ın hazırki prezidenti də adlandırıb. Məlumdur ki, Demokratlar Partiyası ötən seçkilərdə Baydenin hazırki rəqibi, sabiq prezident Trampa qarşı səfərbər olunmuş və onun üzərində qələbəsini təmin etmişdi. Məhz Baydenin yarıtmaz idarəçiliyi, Amerikanı vətəndaş müharibəsi həddinə çatdırması, tarixdə ilk dəfə olaraq ştatların mütəqillik tələbi ilə çıxış etməsi, dünyanı qarışdırmaq cəhdləri nəticədə onun prezident kimi üç il öncə qalib gəldiyi namizədə məğlubiyyətini şərtləndirir. “Qoca diktator” çıxış yolunu seçkiləri saxtalaşdırmaqda görür. ABŞ-dakı mənbələr Qərb mətbuatına açıq şəkildə bildirirlər ki, Bayden Adminstrasiyası sosial media, poçt və digər vasitələr üzərində seçkiləri saxtalaşdırmaq istiqamətində fəal iş aparırlar. Buna qədər Trampın yolunu onu həbs etmək, qazamata göndərməklə kəsməyə çalışan Bayden komandası növbəti üsul kimi saxtakarlığa əl atmağa hazırlaşır.

2022-ci ilin fevralında Ukraynanı Rusiyaya qarşı müharibəyə təhrik edən, son aylarda isə bu qədim slavyan ölkəsinə yardım ayırmaqdan belə imtina edən, milyonlarla ukraynalının evindən didərgin düşməsinə, ölkənin xarabalığa çevrilməsinə şərait yaradan, Rusiya və Avropa arasında düşmənçiliyi dərinləşdirən Ağ Ev buradakı məğlubiyyətindən diqqəti yayındırmaq üçün növbəti “münaqişə bölgələri” axtarışına çıxıb. Necə ki, Bayden iqtidara sonra Əfqanıstandakı biabırçı hərəkətini kompensasiya etmək üçün Ukrayna mövzusunu ortaya atdı, indi də digər regionları çalxalamaq ssenarilərini işə salıblar. ABŞ-ın aranı qatmaq istədiyi, ruporlarını səfərbər edərək hücuma keçdiyi növbəti regionlardan biri də Cənubi Qafqazdır. Ələxsus, Azərbaycanın 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində əldə etdiyi tarixi qələbə okeanın o tayındakı islamafobların, antisemitlərin “əsəb kasası”nı daşdırıb. Azərbaycanın müstəqil, balanslaşdırılmış, milli maraqlara və daxili sabitliyin qorunmasına yönəlik diplomatik siyasəti, okeanın o tayından gələn tapşırıqları icra etməkdən, ABŞ və müttəfiqlərinin ruporu olmaqdan birmənalı şəkildə imtinası dünyaya nəzarət imkanlarını itirməkdə olan “Qərb blokunu narahat edir. 

Məhz elə bu səbəbdən də 7 fevral prezident seçkiləri öncəsi Azərbaycana qarşı hücumlar hücumlar intensiv xarakter alır, ABŞ-ın diqtəsi və təlimatı əsasında fəaliyyət göstərən Avropa Şurası kimi qurumlar azərbaycanlı parlamentarilərin fəaliyyətini məhdudlaşdırmağa yönəlik bəyanatlar səsləndirirlər. Lakin Azərbaycan nümayəndə heyətinin buna etiraz olaraq Avropa Şurası Parlament Assambleyasını tərk etməsi bir daha təsdiq edir ki, Azərbaycanla Ermənistanı səhv salmaq olmaz və ölkəmizə qarşı bu cür ritorika keçərli deyil və olmayacaq da.

Bayden payız məğlubiyyətinə hazırlaşır və saxta vədlərlə sahib olduğu hakimiyyətini qorumaq üçün hər kəsi qurban verməyə hazırdır – rəqiblərini də, amerikalıları da, hətta bəşəriyyəti də... 

Alın bu da sizə Amerika demokratiyası...


Azər Niftiyev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top