Rövşən Məmmədov Makronu sərt tənqid etdi: “Fransa üzdəniraqların əlindədir” — VİDEO

GÜNDƏM 29 yan 2024, 15:06
Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Həftə” proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında Fransanın Azərbaycanla bağlı planlarını, ittihamlarını sərt tənqid edib.
 
“Fransa başqa ölkələrə sırıya bilmədiyi, konserv qutularına bənzəyən hərbi maşınlarını Ermənistana ötürmək üçün “hüquqi zəmin” yaratmağa çalışır. O üzdən də Fransa Prezidenti Emmanuel Makron Ermənistanı özünün dənizaşırı ərazisi adlandırır”, - deyə R.Məmmədov bildirib.

O qeyd edib ki, hazırda Ermənistan seçim qarşısındadır: “Rusiya forpostluğundan imtina edəcəyi təqdirdə onu bərabərhüquqlu tərəfdaşlıq deyil, Fransanın kaloniyası olmaq aqibəti gözləyir. Fransanın açarı isə Makron, Attal kimi üzdəniraqların əlindədir. Onlar da daxili problemləri kənara ataraq, Ermənistanı Azərbaycanın hədələrindən qorumaqla məşğuldurlar. Bütün fransız mediası bax, bu çür başlıqlar dərc edir. Amma söhbətin hansı hədələrdən getdiyini heç kim izah etmir. Azərbaycan 3 ildir ki sülhdən danışır və sülh müqaviləsini bağlama çalışır”.  
 
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top