Ərdoğandan İstanbul kilsəsindəki insidentlə bağlı AÇIQLAMA — VİDEO

GÜNDƏM 28 yan 2024, 20:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki maskalı silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib. Dövlət başçısı hücumu törədənlərin 24 saat ərzində tutulacağına əmin edib.

“Ölümlə bağlı cəmiyyətə başsağlığı verirəm. Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Hesab edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb həbs edəcəyik”, - Ərdoğan bildirib.

İstanbul prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tuncun sözlərinə görə, silahlı hücumun araşdırılması üçün prokurorun müavini və iki prokuror təyin edilib.

Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikayanın sözlərinə görə, hücum yerli vaxtla saat 11:40 radələrində (Bakı vaxtı ilə 12:40 - red.) İstanbulun Sarıyer rayonundakı Müqəddəs Məryəm Katolik Kilsəsində baş verib. İki naməlum maskalı şəxs atəş açaraq Türkiyə vətəndaşını (1972-ci il təvəllüdlü) qətlə yetirib. Hələlik heç kim cinayətə görə məsuliyyəti üzərinə götürməyib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top