Avtobus dayanacaqlarına 1 milyon xərclənəcək

İQTİSADİYYAT 24 yan 2024, 16:53
Bakı şəhərində avtobus dayanacaqlarında təmizlik işləri aparılacaq.

Demokrat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, təmizlik işləri paytaxtın müxtəlif ünvanlarında quraşdırılmış avtobus dayanacaqlarını əhatə edəcək.

Eləcə də, məhəccərlər, yol və piyada nişanları, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansında olan bina və qurğuların əsaslı təmizlənməsi və digər xidmətlər həyata keçiriləcək.

Sözügedən işlərin aparılmasına 953.234,68 manat vəsait sərf olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top